Şübhəli hamiləlik əlamətləri

Şübhəli hamiləlik əlamətləri

Hamiləliyin diaqnostikası şübhəli və şübhəsiz əlamətlərə əsasən təyin edilir. Bəzən əlamətlər aldadıcı ola bilir. Ona görə də diaqnozun tam təsdiq olunması üçün bir müddət gözləmək və bəzi müayinələrdən keçmək lazımdır.

Sfera.az immunitet.az-a istinadən bildirir ki, hamiləliyin əsas əlamətləri hamilə qaldığı andan bir-neçə ay sonra tam təsdiq edilir. Bu dölün hissələri, ürək döyünməsi, sklet sistemi, USM -in müayinə təyin edildikdən sonra tam təsdiq edilir. Hamiləliyin ilk müddətinin təyini isə əsasən aşağıdakı əlamətlərlə müəyyən edilir:
- dadbilmənin dəyişməsi
- iybilmə qabiliyyətinin dəyişməsi
- əsəbilik, yuxusuzluq
- üz və bədənin dərisində baş verən dəyişikliklər
- aybaşının kəsilməsi
- uşaqlıq yolu və uşaqlıq boynu selikli qişasının göyərməsi
- döş giləsini barmaqla basdıqda ifrazatın gəlməsi.
Hamiləliyin təyini bioloji metodlarla da aparılır. Bu zaman qadına kliniki müayinələr tətbiq edilir və müayinələrin nəticələrinə baxılır.
Hamiləlik zamanı orqanizmdə hormonların miqdarında dəyişikliklər baş verdiyinə görə qanın analizlərinə əsaslanaraq hamiləliyi təyin etmək mümkün olur.
Bəzən patoloji hamiləlik zamanı hamiləliyə diaqnoz qoymaq çətin olur. Bu adətən boru hamiləliyi zamanı baş verir. Buna görə də qadının hamilə olub-olmamasını təyin etmək üçün dəqiq müayinələr aparmaq və nəticələri diqqətlə yoxlamaq lazımdır.


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...