Su Polisi ərəb turistə belə kömək etdi - VİDEO

Su Polisi ərəb turistə belə kömək etdi - VİDEO
İtən pul və sənədləri qısa zamanda tapıldı

Su Polisi "Şəfəq” gəmisinin göyərtəsində içində pul və sənədlər olan çantanı itirən ərəb turistə köməklik etdi.
 
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkəmizdə səfərdə olan ərəb turistin itən çantası qısa zamanda taparaq sahibinə qaytarıb. Belə ki, Azərbaycanın günbəgün artan iqtisadi nüfuzu, ölkəmizdə ictimai-asayişin etibarlı şəkildə təmin olunması dünyanın müxtəlif yerlərindən bura çoxlu sayda turistlərin gəlməsinə səbəb olur. Turistlərin təhlükəsizliyi isə polis əməkdaşları tərəfindən etibarlı şəkildə təmin olunur və onların qarşılaşdıqları problemlər qısa zamanda öz həllini tapır.

Ölkəmizdə turistlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını sübut edən hadisələrdən daha biri paytaxt ərazisində qeydə alınıb.

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni aprelin 7-də axşam saatlarında "102 xidməti”nə zəng edib. Həmin şəxs müraciətində Dənizkənarı Milli Parkın ərazisində "Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. "102 xidməti” turist xanımın zəngi əsasında saat 21:25 radələrində yaşanmış hadisəylə bağlı Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib. Məlumat İdarə rəisinə məruzə olunub və qısa zamanda verilən göstərişə əsasən əməliyyat qrupu hadisə yerinə göndərib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb. Ölkəmizdə qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.


OXŞAR XƏBƏRLƏR

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...