Stiven Cerard keçmiş komanda yoldaşını aldı

Stiven Cerard keçmiş komanda yoldaşını aldı
"Qlazqo Reyncers” heyətinə yeni hücumçu cəlb edib. Şotlandiya təmsilçisi Cermeyn Defo ilə anlaşma imzlayıb.

36 yaşlı forvard "Bornmut”dan mövsümün sonuna kimi icarəyə götürülüb. Onun keçidində İngiltərə millisindəki keçmiş komanda yoldaşı, hazırda "Reyncers”in baş məşqçisi olan Stiven Cerard xüsusilə maraqlı olub.

Defo İPL-in ilk dövrəsində meydana çıxdığı 4 oyunda fərqlənə bilməyib.

Qeyd edək ki, karyerası ərzində "Vest Hem”, "Portsmut”, "Tottenhem”, "Toronto” və "Sanderlend” kimi klublarda da çıxış etmiş Defo İngiltərə millisində meydana çıxdığı 57 oyunda 20 qol vurub.Matç.az

OXŞAR XƏBƏRLƏR