Stilistin ölüm səbəbi açıqlandı

Stilistin ölüm səbəbi açıqlandı
Şou-biznesdə Şanel ləqəbi ilə tanınan stilist Anar bu gün dünyasını dəyişib.

Bu barədə Lent.az -a imic ustasının yaxınları məlumat verib. Bildirilib ki, stilist uzun sürən xərçəng xəstəliyindən yaşadığı mənzildə dünyasını dəyişib: "İki gün idi ki, xəstəxanadan evə buraxılmışdı. Bizə bu barədə danışmaq çox ağırdır. Anarı itirdik. Allah o dünyasını versin" .

Qeyd edək ki, Anar bu günə qədər şou-biznesdə Nazpəri Dostəliyeva, Nisə Qasımova, Damla, Günay İbrahimli, Pərvin Abıyeva, Lalə Məmmədova, Elza Seyidcahan kimi tanınmış simalarla işbirliyi olub.

OXŞAR XƏBƏRLƏR