ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...

ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...
"Peyvəndlər koronavirus infeksiyasının ağır gedişatından qoruyur, ancaq infeksiyanın qarşısını almır. Ona görə də maska ​​rejiminə riayət olunmalıdır".

Sfera.az xəbər verir ki, bu barədə ÜST-ün Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç TASS-a açıqlamasında bildirib.

"Anlamaq üçün ən vacib şey peyvəndin xəstəliyin ciddiləşməsini və ölümü önləməsidir. Təəssüf ki, bütün peyvəndlər infeksiyanın qarşısını ala bilmir. Bu, hər bir insanın yoluxa biləcəyi deməkdir. Buna görə biz bundan sonra da maskalı rejimə və məsafəyə riayət etməyi tövsiyə edirik". - Vujnoviç əlavə edib.

ÜST rəsmisi infeksiyanın çox vaxt asemptomatik olduğunu da qeyd edib:

"Məsələn, ofisimizdə hər kəs peyvənd olunur. Bir halda təyyarədə uçmaq istəyən bir şəxsin PCR testi müsbət çıxdı. Eyni zamanda onda heç bir simptom yoxdur. Ancaq başa düşmək lazımdır ki, peyvəndlər ciddi bir xəstəliyə qarşı təsirlidir".

Təşkilat nümayəndəsinin sözlərinə görə, paralel olaraq koronavirus üçün dərmanlar hazırlanır.
 
(Publika.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, bu b...

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...