İdman

“Speranta”nın prezidenti: “Onlar neft satır, biz isə pomidor ticarəti edirik”

“Speranta”nın prezidenti: “Onlar neft satır, biz isə pomidor ticarəti edirik”
 

"Neftçi”nin bizimlə oyunlarda niyə favorit sayıldığını başa düşmürəm. Onlar neft satır, biz isə pomidor ticarəti edirik”. 

APA-nın məlumatına görə, bunu Moldovanın "Speranta” klubunun prezidenti Petru Efros deyib.

Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanın ən titullu klubu "Neftçi” ilə görüşəcək Moldova təmsilçisinin rəhbəri qarşıdakı duel barədə fikirlərini açıqlayıb: "Bunda problem görmürəm. Şanslar əllinin əlliyədir. Burda çox şey məşqçilərin – Kristian Efros və Roberto Bordinin işindən asılıdır. Bordinin yetirmələrinin maaşları daha yüksəkdir. Amma düşünmürəm ki, daha yaxşı ifaçılar onun rəhbərliyi altındadır. Əminəm ki, bakılılar bizi qiymətləndirməyəcək və biz mütləq təccübləndirəcəyik”.

Qeyd edək ki, "Speranta” və "Neftçi” arasında oyunlar iyulun 11-də və 18-də olacaq. 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30