“Spartak” öldü - Foto

“Spartak” öldü - Foto

Amerika Birləşmiş Ştatlarından olan məşhur aktyor Kirk Duqlas 103 yaşında vəfat edib. 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun oğlu Maykl Duqlas məlumat yayıb.

Maykl Duqlas bildirib ki, atası kino sənayesinin qızıl dövrünün əfsanəvi aktyoru, eyni zamanda xeyriyyəçi olub. 

K.Duqlas 80-dən çox filmə çəkilib.  Aktyor "20000 Lyö su altı ilə”, "Spartak”, "Zəfər yolları”, "Çempion” kimi filmlərdə rol alıb. O, 1996-cı ildə kino sahəsində 50 illik əməyinə görə fəxri Oskar mükafatı alıb. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR