\"Space\"in keçmiş rejissoru vəfat etdi
19:56 / 01.08.2016
934
"Space” telekanalının keçmiş rejissoru vəfat edib.
Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, 1997-2007-ci illərdə telekanalda rejissor kimi fəaliyyət göstərmiş Könül Nəzərli bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Könül Nəzərli xeyli vaxt idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.
Allah rəhmət eləsin.