Cəmİyyət

Soyuq mənzillər: İstilik təminatının qrafikini uzatmaq olmazdı? - SORĞU

Soyuq mənzillər: İstilik təminatının qrafikini uzatmaq olmazdı? - SORĞU


Azərbaycanda son 30 ilin ən soyuq aprel ayını yaşasaq da istilik sistemi ayın 15-dən dayandırılıb. Bu isə belə bir sualı aktuallaşdırır ki, hava şəraitinin kəskin keçməsilə əlaqədar mənzillərin istilik təminatı qrafikində dəyişiklik etmək mümkündürmü?

 

Həmin suala cavab olaraq "Azəristiliktəhcizat” ASC-dən Sfera.az-a bildiriblər ki, Nazirlər Kabinetinin qərarına əsasən istilik hər il 15 noyabrdan növbəti ilin 15 aprelin kimi verilir. Onlar hər zaman bu qrafiklə işləyiblər və qrafikə hansısa dəyişiklik etmək qurumun səlahiyyətləri xaricindədir.


Millət vəkili Aqil Abbas isə düşünür ki, real hava şəraiti mütləq nəzərə alınmalı və bu baxımdan qrafikdə müəyyən dəyişikliyin edilməsi yaxşı olardı: "Mövcud duruma uyğun olaraq mənzillərin istiliklə təminatını 10-15 gün uzatmaq olar. Elə yerlər var, aprel ayında qar yağır. Cəmiyyətdə buna qarşı narazılıq var. Hər halda düşünürəm ki, qrafikdə cüzi dəyişiklik edilməsi dövlətə böyük maddi ziyan vurmazdı”.


Millət vəkili həmçinin bu məsələni parlamentdə qaldıracağını da bildirdi.

 

 

Rəşad

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031