Soyuq havada QAZ KƏSİLƏCƏK

Soyuq havada QAZ KƏSİLƏCƏK
Bu gün Bakının Yasamal, Sabunçu, Xəzər, Xətai, həmçinin Abşeron  rayonlarının  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, qaz xətti üzərində quraşdırılmış siyirtmənin təmiri və aşkar olunmuş qaz sızmalarının ləğv olunması, yaşayış massivinin ərazisindən keçən qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar, aprelin 22-də saat 09:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Sabunçu rayonunun Ramana və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Xətai  rayonunun Nobel və Xocalı prospektləri, Y. Səfərov, S. Vəzirov, N. Rəfiyev, A. Cəlilov küçələrində, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR