AKTUAL

“Sovetski”nin qalan hissəsi nə vaxt söküləcək?

“Sovetski”nin qalan hissəsi nə vaxt söküləcək?
Yasamal rayonunun "Sovetski” adlanan bölgəsində ərazinin qalan hissəsinin nə zaman söküləcəyi məlum deyil.

Sfera.az xəbər verir ki, bunu Oxu.Az-açıqlamasında Yasamal rayonunun memarı Eyvaz Bağırov deyib.

Onun sözlərinə görə, hazırda "Sovetski”də söküntü işləri davam etdirilir:

"Nazirlər Kabineti tərəfindən ərazininin ikinci hissəsinin sökülməsi üçün qərar verilməlidir. Daha sonra ev və obyektlərin söküntü işləri ilə bağlı vəsait ayrılacaq. Yəqin ki, hazırkı işlər yekunlaşdıqdan sonra digər ərazilər söküləcək. Hazırda konkret ərazi var və vəsait ayrılıb. İşlər 2018-ci ildə başa çatmalıdır”.

Eyvaz Bağırov qeyd edib ki, "Sovetski”nin ikinci hissəsinin sökülməsi üçün növbəti qərarın nə vaxt veriləcəyi bilinmir:

"Bu barədə qərar 2018-ci ilin axırı, ya 2019-da ola bilər”.
 
 
Sfera.az

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031