"Sovet dövründə də 150 manata satılan kitablar var idi" - Rəşad Məciddən Kəramətin aksiyasına REAKSİYA

Bir neçə gündür ki, gənc yazar Kəramət Böyükçölün aksiyaya başlayaraq kitablarını 100 manata satışa çıxarması müzakirə olunur. 

Yazıçı bir həftədir davam edən aksiyadan 4 mindən çox pul qazandığını açıqlayıb. 

Yazar Rəşad Məcid Sfera.az-a açıqlamasında belə bir aksiyanın təşkil olunmasını müsbət qiymətləndirib. R.Məcid qeyd edib ki,bu təşəbbüsə baxmayaraq ölkəmizdə çox az oxucu bu aksiyada iştirak edəcək:

"Bu gün ölkəmizdə satılan kitablar bahadır. Bu da daha çox kitabın həcmi və digər amillərdən asılı məsələdir. Kəramətin müəyyən yazıları, kitabları, öz oxucuları var. İmkanı olanlar ola bilər ki, 100 manat verib bu kitablardan alsın. Lakin inanmıram ki, bu rəqəm o qədər də çox olsun. Barmaqla sayılası sayda, təxminən 20-30 nəfər 100 manat xərcləməklə Kəramətin kitabını ala bilər. Amma geniş auditoriya üçün 100 manat əlçatmazdır”.

 
R.Məcid belə bir aksiyanın keçirilməsini müsbət addım kimi qiymətləndirib: 

"Hesab edirəm ki, Kəramət kitabın nüfuzunu qaldırmaq üçün içindən gələn bu arzunu reallaşdırıb. Bu səbəbdən onu qınamıram. Bu aksiya həm də kitabın təbliğatına yönəlik bir addımdır. Bu gün kitabların təbliği üçün gözəl aksiyalar həyata keçirilir. Sovet dövründə də 150 manata satılan kitablar var idi. Düzdür, onlar gizlin kitablar olurdu. O vaxtın 150 manatı demək olar ki, indiki 100 dollara bərabər idi”.

Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ