Şou əhli Elinanın ölümünə biganə qalmadı: "Pozğun direktordur"

Şou əhli Elinanın ölümünə biganə qalmadı:

162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölüm hadisəsinə şou əhli də etiraz edir və uzgun olduqlarını bildirirlər

"Yeni Sabah" xəbər verir ki, sənət adamları da məsələyə biganə qalmayıblar. Onlar İnstaqram səhifəsində paylaşım edərək ölkə başçısına müraciət ünvanlayıblar. 

Əməkdar artist Tünzalə Ağayeva məsələyə baxılması üçün müraciət ünvanlayıb və bunları qeyd edib:

"Dövlətimizin və qanunlarımızın bu məsum balanın ölümünə səbəb olanları ciddi məsuliyyətə cəlb edəcəyini mən də gözləyirəm. Həyatımda Sura kimi bir məsum qızımızı da itirmişəm... İndi Elina... Hələ nə qədər belə xəbər olacaq?!!! Bəli, o məktəbdəki qansızlar, səbəbkar olan hər kəs cəzasını çəkməlidir və çəkəcəklər də, İnşallah. Üzümü valideynlərimizə tuturam, biz analar, atalar öz uşaqlarımızı nə qədər tanıyırıq? Bəli, məhz tanıyırıq? Onlarla evdəki, ailədəki münasibətimizə nə qədər həssas yanaşırıq? Böyüməkdə olan oğlan və qızlar öz ata-analarının sevgi, anlayışlı münasibətini nə dərəcədə, hansı səviyyədə görə bilirlər, ordan bəhrələnə bilirlər? Axı hər övlad öz ailəsinin güzgüsüdür deyirik? Əgər oğlan evdə atasının anasına pis münasibətini daim görürsə, onun məktəbdə qızlara nə münasibəti olacaq? Yaxud, ataları və ya anaları tərk etmiş qızlar, oğlanlar ətraflarına hansı münasibət göstərirlər və ya onlara nə münasibət var?

 Bu gün ailə, məktəb, cəmiyyət hələ də bir yerdə ola bilmirik demək... Belə faciəvi nəticələrə qatlanmaq yolunu seçməməliyik. İlk addım, hər şey ailədən başlayır, məktəb ciddi məsuliyyət daşıdığı kimi, biz valideynlər də uşaqlarımızın məktəbdəki, cəmiyyətdəki davranışını, özgüvənini, psixoloji vəziyyətini çox yaxşı bilməliyik və övladlarımıza doğru münasibət göstərməklə həyatı məsuliyyət daşıyırıq".

Aparıcı Lamiyyə Ələkbərova "Bu körpənin ölümündə günahı olan hər kəs cəzalanmalıdır. Allah sənə rəhmət eləsin körpə" sözlərini yazıb. 

Aparıcı Kamilə Babayeva isə "Son vaxtlar nəfəsim daralıb, mənim baharım gəlsə də, könlüm açılmır. Özümüz cənnət və cəhənnəmimizi yaradanlarıq. Nədənsə ikinciyə meyil çoxdur. Nə baş verdi, nə oldu, nə dəyişdi? Niyə doğrunu görməzdən gəlib, yanlışların qurbanı oluruq?" sözlərini qeyd edib. 

Xalq artisti Naibə Allahverdiyeva isə məktəbli uşağın başına açılan oyunu qınayıb: "Bu balanın qanı yerdə qalmamalıdır. Günahkarlar cəzasını almalıdır. Bu yaşda olan uşaqlarda psixoloji dəyişikliklər baş verir. İnstaqram bağlansın, yoxsa gələcəyimiz məhv olacaq".

Müğənni və aparıcı Murad Arif isə baş verən hadisələrdə məktəb müdirlərini günahlandırıb: "Ölkəmizdə məktəb müdirlərini kim və hansı prinsiplə təyin edir? Şübhəsiz ki, təhsil ocaqlarındakı sistematik problemlərin məsuliyyəti medirlərin üzərindədir... 

Məncə, bu təyinatların forması və üsuluna yenidən, yaxşı-yaxşı baxılmalıdır. İslahat deyiriksə, islahat budur. Fərdi araşdırmalar effekt vermir artıq. Bu adamlar (Məktəb müdirləri) özlərini ağa kimi hiss edir. Ümumi danışmaq istəmirəm, amma əksəriyyəti belədir! Bu ənənəni pozmaq lazımdır. Başa salmaq lazımdır ki, sən məktəb müdirisənsə, dədənin idarəsi deyil! Sən pulla, "tapş”la təyin olunmusansa, əbədi deyilsən... Özləri anlamırsa, sistem, şərtlər, qanunvericilik bunu diqtə etməlidir".

Xalq artisti Nərgiz Cəlilova "Onun da xəyalları, arzuları var idi! Biz niyə bu qədər acımasız, laqeyd olduq?! Biz niyə bu qədər sevgi bilməz olduq?!" deyərək, üsyan edib.

Prodüser Tarix Əliyev isə "O direktor başda olmaqla, qızın ölümündə kimin əli varsa, hamısını tutub, türməyə salmaq lazımdır. İndi bir iş var, bu yaşayan qızın təhlükəsizliyini kim qoruyacaq? Sabah bu qızın başına iş gəlsə, kim cavab verəcək? Bu oğlan kimdir, kimin oğludur? Tapıb, məsuliyyətə cəlb olunmalıdır. Bunlar pozğun məktəb müəllimləri və direktor imiş. Bu qızın ölümündə məktəbdə çalışan hər kəs günahkardır. Bir qızın həyatını bilə-bilə əlindən alıblar!" deyərək, fikir bildirib.

Xalq artisti Zülfiyyə Xanbabayeva isə "Heyif, çox heyif. Ürəyim parçalandı. Xilas etmək olardı!" sözlərini yazıb.

 

OXŞAR XƏBƏRLƏR

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...