Sosial təminat müəssisələrində çalışanların maaşı artırıldı
19:11 / 01.03.2018
3033
Prezident İlham Əliyev martın 1-də "Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb.
Sfera.az-ın məlumatına görə, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.