\"Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi”

\
Nəsimi rayonunda "Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda  maarifləndirici tədbirlərə start verildi.
Nəsimi rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə  İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə  yuxarı sinif şagirdlərinin, məktəb müəllimlərinin və valideynlərin iştirakı ilə "Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda  maarifləndirici tədbirlərə start verildi.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, bu gün sosial şəbəkə istifadəçilərinin sayı bütün dünyada olduğu kimi Azərbaycanda da artmaqdadır.Bütün yaş qruplarına aid insanlar, xüsusilə də yeniyetmə və gənclər sosial şəbəkələrdən geniş istifadə edirlər. Bəzi hallarda sosial şəbəkələrdən istifadə ciddi problemlərə səbəb olur. Yeniyetmə və gənclərin onlara aid olmayan səhifələrə daxil olaraq , yaş qrupları ilə uygunlaşmayan məlumatları əldə etmələri, müxtəlif neqativ hadisələrə gətirib çıxarır. Odur ki, yeniyetmə və məktəblilərin  internet təhlükəsizliyinin qorunması müəllim və valideynlərin əsas vəzifələrindən biri olmalıdır.Bu  yöndə yeniyetmə və gənclərin iştirakı ilə diskussiya xarakterli müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi vacib məsələlərdən biridir. Belə ki, onlar respublikamızda o, cümlədən Nəsimi rayonunda həyata keçirilən tədbirlər barədə məlumatları müntəzəm olaraq izləməli və sosial şəbəkələrdən vətənpərvərlik ruhunda tərbiyə məqsədi ilə istifadə etməlidirlər.
Tədbirdə çıxış edən İ.Əbülhəsənov adına  42 saylı tam orta məktəbin direktoru Firəngiz Həmidova  qeyd etdi ki, belə maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac vardır. Biz müəllimlər də çalışacağıq ki, məktəblilərin internet təhlükəsizliyinin qorunması üçün müxtəlif tədbirlərin keçirilməsini təmin edək.
Nəsimi rayon İcra Hakimiyyəti yeniyetmə və gənclərin sosial şəbəkələrdən lazımi səviyyədə istifadə etmələri üçün mütəmadi olaraq orta məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsini davam etdirəcəkdir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...