Sosial şəbəkədə söyüş söydü, başına oyun açdılar – Videosu çəkildi

Sosial şəbəkədə söyüş söydü, başına oyun açdılar – Videosu çəkildi

Bir qrup silahlı şəxs Bakı sakinini sosial şəbəkədə çox "rahat davranışına” görə döyüb. Mobil telefonla prosesi lentə alan xuliqanlar ondan pul tələb ediblər.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarının mənbələrindən məlumat verilib.

Hələlik yalnız oktyabrın 2-si saat 14:00-da özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən Fərid paytaxt sakini 1994-cü il təvəllüdlü Sənan Aslanova zəng vurması məlumdur.

Belə ki, o S.Aslanovdan 2-ci Alatava küçəsinə gəlməsini istəyib. Deyilən əraziyə gələn zərərçəkən bir neçə nəfərdən ibarət qrupla qarşılaşıb.

Sonra onlar hər biri maşınlara minərək Xırdalanda yerləşən oyun zalına gediblər. Burada S.Aslanova fiziki təzyiq göstərilib. Özünü kəşfiyyat nümayəndəsi kimi təqdim edən Fərid ona "Makarov” tipli tapança doğruldub.

Təcavüzkarlar S.Aslanovdan sosial şəbəkədə yazdığı şərəf və ləyaqətə toxunan təhqirlərə görə üzr istəməsini tələb edib. Onlar əks təqdirdə Aslanovu güllələyəcəkləri ilə hədələyiblər.

Sonra xuliqanlar zərərçəkmişi başqa bir otağa gətirib və ona bədən xəsarəti yetiriblər. Proses mobil telefonlarla lentə alınıb. Daha sonra Aslanovdan oktyabrın 3-ü saat 17:00-a qədər 200 manat gətirməsi tələb olunub. Cinayətkarlar tələb yerinə yetirilmədiyi təqdirdə videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Oktyabrın 3-də zərərçəkən Binəqədi Rayon Polis İdarəsinə müraciət edib. Üstəlik, hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, cinayət yerindən əldə olunan materiallar istintaq üçün Abşeron Rayon Polis Şöbəsinə təhvil veriləcək.

Zərərçəkən bir neçə şəxsin adını çəkib: Rauf, Ülvi, Fərid, Röyal, Bayram. Hazırda müstəntiqlər silahla pul tələb etmək və cinayətin digər detallarını öyrənmək məqsədilə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi üzərində işləyir.


OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...