Krİmİnal

Sosial şəbəkədə Lotu Qulini kim söydürür? - FOTOFAKT

Sosial şəbəkədə Lotu Qulini kim söydürür? - FOTOFAKT
Lotu Quli ilə düşmənləri arasında müharibə yenidən qızışıb.
 
Ancaq bu dəfə müharibə hələ ki, sosial şəbəkələrdə gedir.
 
Sfera.az xəbər verir ki, real dünyada Nadir Səlifov tərəfindən sıxışdırılan rəqiblər Azərbaycan siyasətində son günlər iyrənc xarakter alan söyüş taktikasına keçiblər.

"Youtube” sosial şəbəkəsində ""Rahim Şəkinski" Lotu Qulini və ətrafını təhqir etdi" adlı video yayılıb. Videoda Rahim Şəkinski kimi təqdim edilən adamın adından Quli təhqir edilir, onun oğru olmadığı deyilir. Zaur, Albert Rıjıy, Şeyx Həmzətin qisas alacağı söylənir.

Əvvala bunu qeyd edək ki, videoda Rahim Şəkinski kimi fotosu dərc edilmiş adam doğrudan da əslən şəkilidir. Ancaq onun kriminal aləmə heç bir dəxli yoxdur.

Onun əsil adı Rahim Namazovdur. Bir vaxtlar Azərbaycanda "Hakimiyyət” qəzetinin redaktoru olub. Təqribən 2009-cu ildən Fransaya mühacirət edib. Elə "Youtube”da əsgər ölümləri ilə bağlı Fransa telekanalına müsahibə verdiyi video var. 

Bu iki videonu müqayisə edəndə Lotu Qulini təhqir edən şəxsin başqa adam olduğu o saat bilinir.

İkincisi oğru dünyasına mənsub olan adam heç vaxt kriminal avtoritetə qarşı elə söyüş işlətməz. Düşməni olsa belə.

İlqar Atabəyli
 

XƏBƏR LENTİ