Sosial şəbəkədə hər kəs bu qadından danışır: Özümü sevirəm, yaxşı ki, varam - VİDEOMÜSAHİBƏ

Sosial şəbəkədə hər kəs bu qadından danışır: Özümü sevirəm, yaxşı ki, varam - VİDEOMÜSAHİBƏ
 
Sosial şəbəkələrdə son günlərin trendi internet televiziyaların birində yayımlanan "Qızıl səslər" verilişidir.
 
Verilişin aparıcısı Qənirə Şəmmədqızı AZXEBER.COM-a geniş müsahibə verib.
 
 
O verilişinin səs-küyə səbəb olmasına görə təəcübləndiyini deyib: "Qızıl səslər" verilişi 2 ilə yaxındır ki, efirdə yayımlanır. Mənim verilişimə sənətkarlar qonaq gəlir. Mənim ləhcəmə gülürlər. Ancaq insanın ləhcəsi varsa, o Parisə getsə də, ləhcə dəyişməyəcək. Burada qəribə nə var?"
Qənirə Şəmmmədqızı deyib ki, o tənqidləri normal qarşılayır: "Mən tənqidlərə pis baxmıram. Ancaq sosial şəbəkələrdə yazılanlara əsəbiləşirəm. 3-5 günlük dünyadır, yaxşı şeylər yazın. Mənə hörmət etmirsizsə, verilişimə gələn qonaqlara hörmət edin. Adam öldürməmişəm ki, nə etmişəm?". 
 
Qənirə Şəmmədqızının AZXEBER.COM-a verdiyi geniş müsahibəni təqdim edirik:



OXŞAR XƏBƏRLƏR