Sosial müavinət və təqaüd alanların nəzərinə

Sosial müavinət və təqaüd alanların nəzərinə

Sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti "Kapital Bank"a həvalə edilib.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son aylarda keçirdiyi müvafiq tenderin nəticələrinə uyğun olaraq, cari ilin iyul ayının əvvəlindən etibarən respublikada bütün sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti tenderdə qalib gəlmiş "Kapital Bank"a həvalə edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar, indiyədək sosial müavinət və təqaüdlərini Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətəndaşlar üçün "Kapital Bank" tərəfindən plastik ödəniş kartları hazırlanıb. Artıq həmin şəxslər şəxsiyyət vəsiqələrini "Kapital Bank"ın aidiyyəti rayon (şəhər) filiallarına təqdim edərək plastik ödəniş kartlarını əldə edirlər. Hazırda "Kapital Bank"ın Bakı şəhərindəki 10 filialı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Plastik kartların verilməsi prosesinin daha da sürətləndirilməsi məqsədilə "Kapital Bank"ın qeyd olunan filiallarında iş qrafiki dəyişdirilib. Həmin filiallar həftə içi saat 09:00-dan 20:00-dək işləməklə yanaşı, şənbə və bazar günləri də saat 09:00-dan 18:00-dək vətəndaşlara plastik kartların verilməsni həyata keçirəcəklər. Ona görə də vətəndaşlar plastik kartlarını almaq üçün şənbə və bazar günləri də qeyd olunan saatlarda həmin filiallara şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə bu barədə vətəndaşların məlumatlandırılması üçün müvafiq təlimatlar verilib.

Hazırda vətəndaşlara plastik kartların verilməsi prosesinin vaxtlı-vaxtında başa çatdırılması üçün nazirlik və "Kapital Bank" birgə əlaqəli şəkildə səyləri davam etdirirlər.  //"Xəzər Xəbər"


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...