Cəmİyyət
Gündəm

Sosial mənzillərin satışında yenə problem yarandı - FOTOFAKT

Sosial mənzillərin satışında yenə problem yarandı - FOTOFAKT
Xəbər verdiyimiz kimi, bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayıb.
 
Sosial mənzil almaq istəyən şəxslər sistemə daxil olsa da, lazım olan bölməyə keçid edə bilməyiblər. Bu zaman onların qarşısına "Xidmət yüklənir” deyə bir yazı çıxıb. Sosial şəbəkə istifadəçiləri yaranan texniki nasazlıqla bağlı bir çox informasiya və fotolar paylaşıblar. 

İnformasiya və Kommunikasiya Məsələləri üzrə Osman Gündüz də baş verən nöqsanla bağlı şərh verib: 

"MİDA -nın sistemi bu dəfə də tab gətirməyib. Saat 15:00-da yenidən onlayn satışa start veriləcək".

Mənzil İnşaatı Dövlət Agentliyindən Sfera.az-a verilən məlumatda isə satışın başlanmadığı, sadəcə olaraq vaxtın dəyişdirildiyi qeyd olunub: 

"Bu gün saat 15:00-dan etibarən sosial mənzillərin satışı başlanılacaq”.

qeyd edək ki, satışın başlayacağı ilə bağlı anonslar dünəndən gedirdi və saatın dəyişdirildiyi ilə bağlı məlumatı da elə dünəndən vermək olardı. Halbuki, MİDA-nın rəsmi səhifəsində sosial mənzillərin satış vaxtının dəyişdirilməsi ilə bağlı məlumat 45 dəqiqə öncə yazılıb.

Xatırladaq ki, bu ilin mayın 7-sində sosial mənzillər ilk dəfə olaraq satışa çıxarılsa da, yaranan texniki problemlə əlaqədar olaraq istifadəçilər sistemə daxil ola bilməmişdi. Daha sonra isə mənzil satışının yenidən həyata keçiriləcəyi bildirilmişdi. 

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı 5 dekabr 2018-ci il tarixi saat 11:00-dək davam edəcək.

Nigar
Sfera.az

AdRiver

XƏBƏR LENTİ