Sosial evlər üzrə aylıq ödəniş nə qədər olacaq?

Sosial evlər üzrə aylıq ödəniş nə qədər olacaq?
 2018-ci ilin yayında Azərbaycanda ilk dəfə inşa olunan sosial evlər layihəsi əhaliyə təqdim ediləcək.

Sfera.az FED.az-a istinadən xəbər verir ki, Yasamal rayonunun ərazisində inşa edilən tikilidə 1800-dən artıq mənzil var. Bunlar 1 otaqlı, 2 otaqlı və 3 otaqlıdırlar.  1 otaqlı mənzillər 33 m2, 2  otaqlılar 53-55 m2, 3 otaqlılar isə 70 kvadratmetr olacaq. 

Bu evləri Azərbaycan İpoteka Fondunun güzəştli kreditləri ilə, yəni ilkin 10% ödənişlə, illik 4%-lə 3-25 illik müddətə almaq olar. 

Sosial evlər bazar qiymətindən 20-25% aşağı qiymətə satılacaq. Hazırda kompleksin tikildiyi Yasamal rayonu ərazisində orta qiymət 1 kvadratmetrə görə 1492 manatdır. Sosial evlərin qiyməti isə bundan 20-25% az, yəni 1125-1200 manat arasında dəyişəcək. 

Evlərin sahəsini, hər kvadratmetrin qiymətini və kredit şərtlərini nəzərə alaraq hər bir evin alınması üçün aylıq ödənişi hesablamaq olar. 

Yuxarıda deyilənləri nəzərə alaraq bir otaqlı sosial evlərin qiyməti 38 min manat, iki otaqlının qiyməti 63,2 min manat, 3 otaqlı sosial evin satış qiyməti isə 81 min manat olacaq.

Bu evlərin alınması üçün kredit götürəndə 10% ilkin ödəniş tələb edilir. Bunlar isə 1-2-3 otaqlı evlər üçün 3,8 min manat, 6300 manat və 8100 manat təşkil edir. Yerdə qalan məbləğ isə kredit götürülür - 1 otaqlı üçün 34 200 manat, 2 otaqlı üçün 56 900 manat, 3 otaqlı üçün 72 900 manat kredit götürüləcək. 

Kredit 25 illiyə götürülərsə, onlar üzrə orta aylıq ödənişlər – 1 otaqlı üçün ayda 180 manat, 2 otaqlı üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün isə ayda 385 manat edir.  

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...