Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edildi - FOTO

Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edildi - FOTO
Azərbaycan şairi Sona Vəliyevanın "Qar ətri" (The Smell of Snow) şeirlər kitabını ingilis dilində çap edilib.
 
Sfera.az bildirir ki, şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitabın redaktoru Henri Braundur. Kitab "Goodge & Wyse” nəşriyyatında çapa hazırlanıb və "Biddles Books” çap evində nəşr edilib. Adı çəkilən poliqrafiya birliyi İngiltərədə geniş satış şəbəkəsinə malikdir. Kitabın həm də onlayn satışı həyata keçirilir.  
 
Topluya şairin 63 şeiri daxil edilib. Kitab dörd bölmədən ibarətdir – Giriş, Ev, Sevgi və Təbiət. Kitaba "Ön söz” yazan tərcüməçi deyir: "Qar ətri” kitabı müasir Azərbaycan poeziyasının (XXI əsr) istedadlı nümayəndələrindən biri olan Sona Vəliyevanı ingilisdilli oxucularla tanış etmək məqsədi daşıyır. Kitab, həmçinin ingilis dilində müasir Azərbaycan şeiri ilə maraqlanan insanlar üçün də faydalı olacaq. Bu iki kateqoriyadan olan oxucuları nəzərə alaraq, mən şairənin ən yaxşı şeirlərini seçdim və onları şərhlər və izahlarla birlikdə kitaba daxil etdim, çalışdım ki, şərhlərdəki informasiya yükü bir qədər çox olsun”.

Kitaba şairənin müxtəlif illərdə yazdığı əsasən sərbəst şeirləri daxil edilib. Əsas mövzular sevgi, təbiət və sosial məsələlərlə bağlıdır. Onun şeirləri beynəlxalq dəyərlərə söykənir. Onlarda sözün böyük mənasında, sevgi var – Vətənə, evə, ailəyə, Allaha, təbiətə, dosta, azadlıq və tolerantlıq prinsiplərinə... Dünyada sevgi sayılan dəyərlərin taleyi şairi narahat edir.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...