AdRiver
Sona Vəliyeva: Rüstəm İbrahimbəyov bu gün özünə nifrət qazandırır

Sona Vəliyeva: Rüstəm İbrahimbəyov bu gün özünə nifrət qazandırır

"Təəssüf edirəm ki, bu gün bizim dövlətçiliyimizə zərər vurmaq istəyən şəxslər var. Vaxtilə əsərləri ilə özünü bizə tanıdan Rüstəm İbrahimbəyov bu gün əsərləri ilə özünə nifrət qazandırır".

Sfera.az Trend-ə istinadən bildirir ki, bunu "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "İstiqlal düşüncələri. Cumhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimində Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyü" filminin çəkilməsinə münasibət bildirərkən deyib.

S.Vəliyeva R.İbrahimbəyovun bu əməlini xəyanət adlandırıb: "Bu dövlət bizimdirsə, ona əl qaldıranlara qarşı əlimizi qaldırmalıyıq. Bu xəyanətdir, buna başqa ad vermək olmaz. Dövlət mükafatı almaq istəyirsənsə, onu başqa yerdə ara. Biz belə insanları lənətləməliyik. Biz bəlkə Əkrəm Əylisliyə qarşı bir az yumşaq davrandıq deyə, o cəsarətləndi. Amma buna da cəsarət deyil, xəyanət demək olar. Bu dövlət Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu əmanət və yadigardır. Biz dövlətimizi qoruyaraq onu gələcək nəsillərə çatdırmalıyıq. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil".
 
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---