Hadİsə

"Son zəng"də şagirdlər arasında dava - Bıçaqlanan var

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Sfera.az-ın məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

"Son zəng” günü məktəb yoldaşını bıçaqlayan A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Rauf Ağaquliyev polis əməkdaşları tərəfrindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/

AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031