AdRiver

"Son zəng" Bakı küçələrində qəzalara səbəb oldu?

Bu gün Son Zənglə əlaqədar olaraq paytaxt yollarına nəzarət daha da gücləndirilib.

Hazırda şəhərdə son vəziyyəti öyrənmək üçün DYP-nin mətbuat katibi Vaqif Əsədovla əlaqə saxladıq. V.Əsədov bu saata olan məlumatı təqdim edib:
"Öncədən verdiyimiz məlumata əsasən gücləndirilmiş iş şəraitində işləyirik. Küçə və yollara nəzarət gücləndirilib, təhlükəsizlik tədbirləri görülür. Bu saatadək ağır yol nəqliyyat hadisəsi baş verməyib. Yalnız üçüncü kənar dairəvi yol və ona birləşən yolda qəza baş verib. Baş verən iki yol qəza hadisəsi cüzi maddi zərərlə nəticələnib. Süni sıxlığın yaşanmaması və piyadaların vurulmasının qarşısını almaq üçün tədbirlər görülüb”. 

V.Əsədov bildirir ki, bu saatda da məzunların müəyyən ərazilərdə qrup halında gəzdiyi müşahidə olunur: 

"Təhsil  müəssisələri və onlara bitişik ərazilərdə 300-dən artıq avtomobil aşkarlanıb və barələrində tədbirlər görülüb. Qrup halında gəzərkən diqqətli olmaq, piyada keçidindən istifadə etmək lazımdır. Nəqliyyat vasitəsinin sürətinə diqqət yetirmək lazımdır. Nəqliyyat vasitəsi dayandıqdan sonra hərəkət etmək olar. İşıqforun tələblərinə əməl etmək lazımdır. Təəssüflər olsun ki, bəzi məzunlar müxtəlif ərazilərdə avtomobilin şüşələrini açmaqla yüksək tonlu mahnı sədalarında hərəkət etmələrinin qarşısı alınıb. Günün sonunda dayanacaqlara aparılan sürücülük vəsiqələri olmayanlar, sükanı idarə edən məzunlar haqda məlumat olsa, bu haqda informasiya verəcəyik”. 

Nigar Məhərrəm
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---