Gün ərzində 50 mindən çox insan COVID-19 əleyhinə peyvənd olundu
16:43 / 17.09.2021
1194
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 357 vaksin vurulub.
Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 437 nəfərdir.