SON DƏQİQƏ! Lütfi Zadənin cənazəsinin görüntüləri yayıldı - FOTOLAR

SON DƏQİQƏ! Lütfi Zadənin cənazəsinin görüntüləri yayıldı - FOTOLAR
 Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin nəşi yuyulmaq üçün Heydər Məscidinə gətirilib.

Məsciddə cənazə namazı qılınıb, Lütfü Zadənin ruhuna dualar oxunub. Dünya şöhrətli alimin cənazəsi vida mərasimin keçirilməsi üçün AMEA-ya yola salınıb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.
Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

mənbə: publika.az

OXŞAR XƏBƏRLƏR