Son Dəqiqə! Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı... - FOTO

Son Dəqiqə! Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı... - FOTO
 

ATV-də yayımlanan "Vicdan haqqı” serialının Minayəsi, əməkdar artist Hicran Nəsirova ölümdən dönüb.

Açıqlama verən aktrisa serialın son çəkilişləri zamanı başına gələn hadisəni danışıb:

 

"Mən lap gənclik illərimdən bəri təbii oynamağa üstünlük vermişəm. Bu, mənim özümdən asılı deyil, serialı da real həyat hesab edirəm və olduğum kimi davranıram. Buna görə də uzun müddət hadisələrin təsirindən çıxa bilmirəm. Fikirləşirəm ki, Nərgizlə Fariz doğrudan da mənim nəvələrimdir. Hər səhnənin çəkilişindən sonra sarsıntı keçirirəm. Farizin özünü asdığı səhnə isə mənim ölümümlə nəticələnəcəkdi. Çünki rejissor "stop” deyən kimi halım pisləşdi, nəfəs ala bilmədim. Şok keçirtdim və… ürəyim dayandı. Sonradan bildim ki, ətrafımdakılar həyəcandan nə edəcəklərini bilməyiblər. Məni özümə gətirmək üçün üzümü sillələyib, ürəyimi masaj edib, süni nəfəs veriblər. Təsəvvür edin, sanki kənardan durub baş verənləri izləyirdim. Məni Allah saxladı, bəlkə də həmin vaxt tibbi yardım göstərilməsəydi, öləcəkdim.

Hələ başqa bir səhnəni də deyim.. Ssenariyə görə, Nərgiz mənə əsəbi şəkildə çay gətirməliydi. Həmin səhnə çəkiləndə gərginlik yaşadım. Biranlıq fikirləşdim ki, bu qız doğrudan da nəvəmdir və onun mənə qarşı olan münasibətinə bax. Birdən məni necə hönkürmək tutdusa… O qədər ağladım ki, çəkilişi yarımçıq saxlayıb, məni güclə özümə gətirdilər”. //Yeniçağ.az


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...