SON DƏQİQƏ - Bakıda ağır yol qəzası baş verib, ölənlər var
10:25 / 21.11.2019
3134
Baş verən yol qəzası Yahya Hüseynov küçəsi 87 ünvanında qeydə alınıb.
Bu barədə Binəqədi rayon Polis idarəsi 6-cı polis bölməsindən məlumat verilib.
Bildirilir ki, "Başkənd" şirniyyat evinin yaxınlığında qeydə alınan hadisədə iki minik maşını toqquşub.
Nəticədə 2 nəfər ölüb. Onlardan biri qadın, digəri kişidir.
Yol qəzasında bir nəfərin də yaralandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)