Azərbaycanda nikahı olmayanlara kəbinkəsdirmək... - YENİ QADAĞA

Azərbaycanda nikahı olmayanlara kəbinkəsdirmək... - YENİ QADAĞA
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yerlərdə çalışan axundlara, imamlara nikahla bağlı xüsusi tövsiyyə və tapşırığı var.

Sfera.az
 xəbər verir ki, bunu DQİDK-nin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, tövsiyyə və tapşırıq ondan ibarətdir ki, vətəndaşlar rəsmi nikaha girdikdən sonra əgər din xadiminə müraciət edərək həmin nikahı dini qaydalarla davam etdirmək istəyirsə, bu halda vətəndaşların rəsmi nikaha girməsi ilə bağlı dövlət tərəfindən verilmiş sənədi olmalıdır:

"Bu sənəd olmadan din xadiminin bu nikahı din adı altında təsdiq etməsi tam qanunsuzdur və belə hal olduqda əgər bu din xadimi rəsmi şəxsdirsə, o, dərhal işdən azad olunur, cəzalandırılır, əgər qeyri-rəsmi din ilə məşğul olan adamdırsa, o, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilir".

Komitə sədri bildirib ki, rəsmi fəaliyyət göstərən din xadimləri ilə din adı altında bu və ya digər işlər törədən şəxsləri eyniləşdirmək düzgün deyil:

"Qafqaz Müsəlmanları İdarəsinin təyinatı olmadan fəaliyyət göstərən hər hansı bir şəxsin törətdiyi əməllər Azərbaycanda din adına və dini təşkilatların, dini qurumların adına yazılmamalıdır. Yalnız QMİ tərəfindən təyinat almış və rəsmi olaraq fəaliyyət göstərmək icazəsi olan şəxsin dini ayinləri, dini mərasimləri həyata keçirmək icazəsi var. Qalan şəxslərin bu və ya digər dini ayinlər icra etməsi qanunsuzdur".

OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...