Azərbaycanda dollar rekord dərəcədə ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ

Azərbaycanda dollar rekord dərəcədə ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 15-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 14-ü ilə müqayisədə 0,3% ucuzlaşaraq 1,7296 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8358 manatdan 1,8293 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0298 manatdan 0,0303 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4719 manatdan 0,4735 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1694 manatdan 2,1553 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6573 manatdan 0,6545 manatadək ucuzlaşıb.

OXŞAR XƏBƏRLƏR