Son 30 ilin ən böyük hərbi təlimi başladı - FOTO
11:03 / 16.09.2021
454
Yaponiya 100 min şəxsi heyət, 20 min hərbi nəqliyyat vasitəsi və 120 təyyarənin iştirakı ilə son 30 ilin ən böyük hərbi təliminə başlayıb.
Sfera.az xəbər verir ki, təlimdə Yaponiya Hərbi Dəniz və Havadan Özünümüdafiə Qüvvələrinin şəxsi heyəti, eləcə də ABŞ Ordusunun desant gəmisi iştirak edəcək.
Yaponiya Qurudan Özünümüdafiə Qüvvələrinin verdiyi açıqlamaya əsasən, qurudan özünümüdafiə təlimləri noyabr ayının sonuna qədər davam edəcək.
Açıqlamada hərbi təlimin 1993-cü ildən bəri keçirilən 30 ilin ən böyük təlimi olduğu qeyd edilib. Məqsədin bütün Qurudan Özünümüdafiə Qüvvələrinin əməliyyat səmərəliliyini artırmaq olduğu bildirilib.
Təlimlərin Çinin bölgədə artan hərbi və iqtisadi təsirinin ABŞ və müttəfiqlərini narahat etməyə başladığı bir vaxtda təşkil olunması diqqət çəkir.
Əzizə Zeynal
Sfera.az