Dünya
Krİmİnal

Son 20 ildə Daşkənddə ilk kriminal “sxodka” – İslam Kərimovun ölümündən sonra “qanuni-oğru”lar Özbəkistanı bölüşdürür

Son 20 ildə Daşkənddə ilk kriminal “sxodka” – İslam Kərimovun ölümündən sonra “qanuni-oğru”lar Özbəkistanı bölüşdürür
Özbəkistanın paytaxtı Daşkənd şəhərində sabiq sovet respublikalarından gələn "qanuni oğru”ların "sxodka”sı baş tutub.

Sfera.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Özbəkistan şöbəsinə kriminal aləmə yaxın olan iki mənbə, həmçinin "qanuni oğru”nun sürücüsü məlumat verib. 

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dövründə kriminal avtoritetlərin bir çoxu həbsxanaya göndərilmişdi, onlardan bəzisi hakimiyyətin nəzarəti altında işləyirdi. Daşkənddə "qanuni-oğru”ların bu "sxodka”sı son 20 ildə ilk dəfədir ki, baş tutur.

Mənbənin sözlərinə görə, "sxodka”nın sahibi Bəxti Daşkəndski adı ilə tanınan özbəkistanlı kriminal avtoriteti Bəxtiyar Qüdrətillayevdir.

"Qanuni oğru”nun sürücüsünün dediyinə görə, "sxodka”ya yığılan kriminal avtoritetləri özbək şou-biznesinin məşhur nümayəndəsinin yol kənarında yerləşən üçmərtəbəli villasında qarşılayıblar. "Sxodka” zamanı Rusiya kriminal aləminin nümayəndələri kriminal aləm və Özbəkistan həbsxanaları üzərində nəzarətin ötürülməsi məsələsini müzakirə ediblər.

"Son 20 ildə Özbəkistan oğru anlayışından tamamilə uzaqlaşıb. Demək olar ki, bütün zonalar "qırmızı” (kriminal avtoritetlərə tabe olmayan həbsxanalar "qırmızı zon” adlanır) olmuşdu. "Bratva” Özbəkistanda "obşak”a pul verməyi dayandırmışdı. "Sxodka” zamanı özbək "qanuni oğrular”ı bu məsələlərin hamısını Rusiya kriminal aləminin nümayəndələri ilə müzakirə etmək haqda razılaşıblar. Bundan əlavə Bəxti Daşkəndskiyə bütün "sxodka”larda iştirakla bağlı məsuliyyətini xatırladıblar” – Özbəkistan kriminal aləminə yaxınlığı ilə tanınan mənbə belə deyib.

Onun sözlərinə görə, "qanuni-oğru”ların "sxodka”sından sonra Daşkənd xüsusi mühafizə orqanları Qazaxıstandan olan 60 yaşlı kriminal avtoritet Maymuşev Aytkali Mukaşeviçi (Maymış Lyoxa Semipalatinsk) saxlayıblar.

"Az sonra onu buraxdılar. Əminəm ki, onu məşhur özbək biznesmeni Səlim Əbdüvəliyevin işə qarışmasından sonra buraxıblar” – mənbə belə deyib.
 
Kriminal "sxodka”da "Beslan çeçen” ləqəbli kriminal avtoritet Beslan Musayev, həmçinin Rusiyadan olan daha iki "qanuni-oğru”nun iştirak etdiyi bildirilir.
 
Qeyd edək ki, "sxodka”nın sahibi kimi tanınan Bəxtiyar Qüdrətillayev Özbəkistanın 26 yaşında "tac qoyulan” tək "qanuni oğru”sudur. Ölkəsində o, "özbəklərin müdafiəçisi” kimi tanınır. 

2014-cü ilin noyabrında Bəxtiyar Qüdrətillayev "Jaslık” koloniyasından "Sanqorod” kimi tanınan Daşkənd həbsxana xəstəxanasına köçürülüb. Həmin ilin 27 dekabrında "səhhətinin pisləşməsi ilə bağlı” azadlığa buraxılıb. Dəfələrlə məhkum həyatı yaşayıb.

Rəsul
Sfera.az
 

XƏBƏR LENTİ