Son 2 ilin ən böyük maqnit qasırğası başladı - Ehtiyatlı olun
17:07 / 14.05.2019
2189
Yerdə son 1,5-2 ildə ən böyük maqnit qasırğası başlayıb. Bunu Rusiya Elmlər Akademiyasının Fiziki İnstitutunun elmi əməkdaşı, alim Sergey Boqaçev deyib.
Onun sözlərinə görə, bu, Günəşin aktivliyi ilə bağlıdır: "Bu hadisə qütb şəfəqlənməsini, radio əlaqədə maneələri formalaşdırır". Bununla belə, alim qeyd edib ki, daha ciddi maqnit qasırğaları olur: "Bu qasırğa üçüncü səviyyəlidir, ümumilikdə şkalada beş bal olur. Beş ballıq qasırğalar nadir hallarda, 10-20 ildə bir dəfə baş verir. Yerin maqnit qütbünün normallaşması gecədən tez gözlənilmir. Meteohəssas insanlar ehtiyatlı olmalıdırlar".Yeniavaz