Son 1 həftədə \"Youtube\"də azərbaycanlıların ən çox izlədiyi VİDEOLAR

Son 1 həftədə \
Bu gün "Youtube” portalı dünya xalqlarının zövqünün göstəricisi kimi də bəyan edilir. 
 
Hər ölkədə ən çox izlənilən videolar "trend videos” bölməsində toplanılır və beləliklə yaşadığımız ölkədə həftə ərzində ən çox izlənilən videoları görə bilirik.

Sfera.az bildirir ki, Azxeber.com Azərbaycanda "Youtube”un trend videolar bölməsindən ən çox izlənən videoların TOP10-luğunu hazırlayıb.
 
Son 1 həftədə Azərbaycanlıların ən çox izlədiyi videoların siyahısı həm də ölkəmizdə əhalinin nələrə maraq göstədiyini göstəricisidir. 
 
10. "Bozbash Pictures Sədərək" - Bozbash Picturesın bu bölümü 3 günə 322.002 dəfə izlənilib.
 
9. Şəbnəm Tovuzlu – Yar ağladı Ali Pomehrin məşhur "yar ağladı” mahnısını oxuyan Şəbnəm Tovuzlunun videosu 1 həftəyə 469.962 dəfə izlənilib.
 
8. Vicdan Haqqı (90-cı bölüm)Azərbaycanın ən məşhur serialı olan vicdan haqqının bu dəfəki bölümü 3 gündə 130.699 dəfə izlənilib.
 
7. İtkin alpinistlər necə tapıldı? Meyitlərin 3-ü də bir yerdə olub! 27 dekabr tarixində itkin düşən alpinistlərimizin axtarışı 16 may tarixində yekunlaşdı. Təəssüf ki, sonuncu ümidlər də onların meyitlərinin tapılması ilə öldü. Bu video 4 gün ərzində 298.440 dəfə izlənilib.
 
6. Arka Sokaklar 482 bölüm fragmenti 2006-cı ilə yayıma başlayan və hələ də davam edən Arka Sokaklar serialının ölkəmizdə kifayət qədər sevəni var. Bu video 3 gün ərzində 1.076.982 dəfə izlənilib.
 
5. Söz 46.bölüm Anti-terror mövzulu olan serial 6 gün ərzində 3.712.041 dəfə izlənilib.
 
4. Çukur 29. Bölüm Sevilən serialın bu bölümü 6 gün ərzində 2.186.068 dəfə izlənilib
 
3. Alpinistlərin meyiti belə tapıldıÖlkənin məyus edən gündəmi barədə 2-ci video 4 gün ərzində 218.761 dəfə izlənilib.
 
2. Ramal İsrafilov – Canımın yarısı Sözləri Rauf Sübhi, musiqisi Morteza Pashaeiyə məxsus olan Ramalın yeni mahnısı 2 həftədir Youtubeda trend videolar arasında öz yerini qoruyub, saxlayır. Bu video 2 həftə ərzində 1.379.233 dəfə izlənilib.
 
1. Sen Anlat Karadeniz 17-ci bölüm Türkiyədə kifayət qədər izləyicisi olan serialın Azərbaycanda da izləyiciləri az deyil. Belə ki, bu video 4 gün ərzində Youtubeda 3.800.879 dəfə izlənilib və Azərbaycan üzrə trenddir.
 


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...