ŞOK!Xalq artistinin oğlunun beyninə qan sızıb

ŞOK!Xalq artistinin oğlunun beyninə qan sızıb

 

Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun vəziyyəti ağır olaraq qalır.

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, M.Zeynalovun bacısıGülbəniz Zeynalovanın sözlərinə görə, qardaşının vəziyyəti ağır olduğundan əməliyyat oluna bilmir.

"İnsult keçirib, beyninə qan sızıb. Buna görə danışa bilmir, yaddaşı yoxdur, adımızı da xatırlamır. Vəziyyətində nisbi irəliləyiş var, amma hələ palataya keçirmirlər, həkimlər deyir ki, olmaz. Çünki böyrəkləri ilə bağlı ciddi problemi var və bu, onun sağalmasına imkan vermir. Çox pis vəziyyətdədir, bilmirik ki, nə edək...”, - deyə G.Zeynalova söyləyib.

Gülbəniz Zeynalova bildirib ki, hələlik rəsmi qurumlardan onun qardaşının vəziyyəti ilə bağlı maraqlanan yoxdur:

"Yalnız öz işlədiyi teatrdan olan iş yoldaşları və oranın direktoru İftixar Piriyev gəlir. Bu yaxınlarda Xalq artisti Arif Quliyev, Tahir İmanov, atamın köhnə dostları da xəstəxanaya gəlmişdilər. Onların arasında Qarabağ əlilləri də var idi. Mətbuatda gedən çoxsaylı yazı və məlumatlara baxmayaraq, dövlət qurumlarından hələlik heç kəs onunla maraqlanmayıb”.

Gülbəniz Zeynalova həmçinin bildirdi ki, qardaşının müalicəsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edəcək: 

"Həkimlər deyir ki, qardaşımın ürəyi də zədələnib. "Semaşko”da Allahın ümidinə qalıb, heç bilmirəm, orada ona nə edirlər. Heç olmasa, güclü həkimlər ayrılardı. Əlimizdə nə var idi, hamısı müalicəyə getdi. Doğrudur, xəstəxanadan həkimlər bizdən pul almırlar, amma iynə-dərmanlar var ki, onları mütəmadi almalıyıq.

Mən tək qalmışam, dövlət işində işləyib, maaşa baxan adamam. Artıq bütün imkanımız tükənib, heç nəyi çatdıra bilmirik. Bu günə qədər heç kəsə müraciət etmirdik. Amma indi lazımdır. Qardaşım çox pis vəziyyətdədir, bunun sonu necə olacaq, bilmirəm. Bunun üçün Fonda müraciət edəcəyik. Bəlkə oradan bizə köməklik edərlər”.

Xatırladaq ki, mərhum xalq artisti Eldəniz Zeynalovun 38 yaşlı aktyor oğlu Məmməd Zeynalov bu günlərdə yolda qəfildən insult keçirib. Təcili 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub.


OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....