ŞOK: Stalinin prezidentləri analiz edən məxfi laboratoriyası tapıldı - FOTOLAR

ŞOK: Stalinin prezidentləri analiz edən məxfi laboratoriyası tapıldı - FOTOLAR

Keçmiş sovet əks-kəşfiyyatçısı İqor Atamanenkonun SSRİ rəhbərliyinin və casuslarının bir sıra məxfi layihələri ilə bağlı faktları Qərb mətbuatı tərəfindən geniş müzakirələrə yol açıb.

Sfera.az "BBC”-yə istinadən xəbər verir ki, əks-kəşfiyyatçının sovet diktatoru Stalinin son dərəcə məxfi laboratoriyasının fəaliyyət göstərməsi ilə bağlı iddiaları şok yaradıb.

Məlum olub ki, İosif Cuqaşvilinin ekskremental laboratoriyası əvvəlcə bır sıra ölkələrin dövlət başçıları haqda gizli dosye toplayır, sonra araşdırmalara start verirmiş. Bununla bağlı ilk faktlar "Komsomolskaya pravda” qəzetində açıqlanıb.

Gizli laboratoriyanın araşdırma subyektləri arasında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Mao Tzedun da olub. Stalin Mao Tzedunun dosyesini toplayaraq, Çin rəhbərinin psixoloji portretinin yaradılması üçün onun ekskrementlərinin analizini keçirməyi əmr edib. Ekskremental laboratoriya hətta onun ifrazatlarını da öyrənib. Bu barədə bir qədər sonra…

İlk öncə qeyd edək ki, bəzilərinin üfunətli adlandırdığı bu araşdırma olduqca məxfi və mükəmməl şəraitdə həyata keçirilən proses olub. Məlum olub ki, ötən əsrin 40-cı illərində Daxili İşlər Xalq Komissarlığında bu məqsədlə xüsusi bölmə yaradılıb.

Ekskremental qurum ayrı-ayrı dövlət başçılarının xəbərləri olmadan onlarla bağlı araşdırma aparırmış. Onların ifrazatları ilə yanaşı, əyləşdikləri kreslo da öyrənilirmiş.

Nəticələr elan olunduqdan sonra ölkə rəhbərlərinin psixoloji durumu təhlil olunur və məlumatlar rəhbərliyə ötürülürdü. Bu, SSRİ-nin xüsusi xidmət orqanlarının kuluarlarında arxa qapı vasitəsilə casusluq adlandırılırdı.

Sovet əks-kəşfiyyatçısı İqor Atamanenkonun açıqlamaları söylənilənlərin həqiqətə uyğun olduğunu göstərir. Əks-kəşfiyyatçı bildirib ki, bununla bağlı təkzibolunmaz faktlar bu günə qədər qalmaqdadır. O, sovet rəhbərliyinin məxfi araşdırmalar üçün olduqca əcaib üsullardan yararlandığını vurğulayıb.

Sovet dövlətinin xüsusi xidmət orqanlarının arxivlərində tədqiqat işlərinin gedişatı ilə bağlı bu qeyri-adi layihənin mövcudluğunu sübut edən şəhadətnamələr qalmaqdadır.

İqor Atamanenkonun qəzetlərdən birinə verdiyi müsahibəsindən məlum olub ki, həmin vaxtlar məxfi dinləmə qurğuları mükəmməl olmadığından Stalinin əlaltıları bu və ya digər ölkə başçısı, habelə digər şəxslər haqqında zəruri informasiyaların alınması üçün olduqca qeyri-adi üsullardan istifadə ediblər.

Atamanenkonun sözlərinə görə, ekskremental laboratoriyaya SSRİ Baş Dövlət Təhlükəsizlik komissarı, Dövlət Müdafiə Komitəsinin üzvü Lavrenti Beriya şəxsən rəhbərlik edib.

Sovet casusları və alimləri Stalinin əmri ilə psixoloji portretini yaratmalı olduqları şəxslərin ifrazatlarını – nəcislərini və sidiklərini axtarırdılar.

Əgər bu insanların ifrazatlarında triptofan adlı amin turşusunun yüksək miqdarda qatışığı aşkar edilərdisə, burdan belə nəticə hasil olurdu ki, həmin insan xaraktercə sakitdir. Və o, müttəfiqlərinə həvəslə kömək, yardım edən adamdır. Ekskrement analizlərin nəticələrində kaliumun çatışmazlığı aşkarlanırdısa, bu, həmin şəxsin özünü saxlaya bilməyən, temperamentli olması anlamına gəlirdi.

O ki qaldı Mao Tsedunla bağlı araşdırmalara, Atamanenkonun sözlərinə görə, sovet kəşfiyyatçıları Çin liderinin şəxsiyyətinin qiymətləndirilməsi üçün 1949-cu ilin dekabrında onun Moskvaya səfəri zamanı bu sistemdən istifadə ediblər. Maonun səfərindən öncə kanalizasiyaya çıxışı olmayan, xüsusi boşaltma borusu olan tualet tikilib.

Moskvaya səfərə gəlmiş və 10 gün bu şəhərdə Çin liderini doyunca yedirib, içiriblər. Mao Tsedun ayaqyoluna gedəndə xüsusi tualetdən istifadə edirmiş və beləcə onun ifrazatları analizə göndərilib.

Sovet kəşfiyyatçılarının Mao Tsedun üzərindəki araşdırmaları bununla yekunlaşmayıb. Onlar Çin liderinin əyləşdiyi kreslo üzərində də gizli araşdırmalar aparır, onun əl izlərini öyrəniblər.

Bir neçə günlük məxfi araşdırmalar Mao Tsedun elə Moskvada olarkən başa çatıb. Nəticələr Stalinə məruzə edilib.

Analizlər ürəkaçan olmadığından Stalin Mao Tsedunla müqavilə imzalamaqdan imtina edib.

Bu arada, jurnalist və tarixçi Devid Helberstamanın "Ən soyuq müharibə" kitabındakı qeydlər də maraqlı faktdır: "Mao Moskvaya birinci səfəri zamanı bildirdi ki, Çin Rusiyayla razılaşma sənədinin imzalanmasını çox arzulayır. Amma sovet tərəfinin ona bərabərhüquqlu yanaşmasını istəyir.

Lakin sovet rəhbərliyi bunun əvəzinə hər gün ona yeni-yeni siyasi dərs keçirdi. Belə vəziyyətlə üzləşmiş Çin rəhbəri tarixçi Adam Ulama bənzəyirdi. O da bir zamanlar Mao Tsedun kimi qonaq gəlsə də, əslində siyasi girova çevrilmişdi.

Stalinin onun iqamətgahını dinlədiyini bilən, SSRİ rəhbərinin razılaşma sənədini imzalamamasından qəzəblənən Mao üzünü divara tutub qışqırdı: "Mən bura böyük işlər üçün gəldim. Başqa məqsədlər üçün yox".

Stalinin ekskremental laboratoriyası İosif Cuqaşvilinin ölümündən sonra Nikita Xruşşov tərəfindən qapadılıb.(publika.az)


OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...