Şok! Qaşıqçının parçalara ayrılmış cəsədini belə daşıdılar
18:15 / 01.01.2019
3592
Səudiyyə Ərəbistanın İstanbul səfirliyində öldürülən jurnalist Kamal Qaşıqçının cəsədinin parçalarının çamadanlarla daşındığı anın video görüntüləri yayılıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, kadrlarda boğularaq öldürülən jurnalistin cəsədinin 15 nəfərlik bir qrupla daşındığı görülür.
Xatırladaq ki, jurnalist oktyabrın 2-də İstanbul səfirliyinə girdikdən sonra ondan xəbər alına bilməmişdi. 18 gün sonra isə səfirlik jurnalistin öldürüldüyünü təsdiq etmişdi.