Şok iddia: İcra başçısı dəm qazından boğulub

Şok iddia: İcra başçısı dəm qazından boğulub
 Bu gün qəfil dünyasını dəyişən Naftalan şəhərinin icra başçısı Rövşən İbrahimovun dəm qazından boğulduğu bildirilib.

Bu barədə başçı ilə eyni binada yaşadığını bildirən ictimai fəal Fimar Asimqızı deyib. O qeyd edib ki, başçı Yasamal rayonunda yaşayırmış.

"Yaşadığımız bina 1990-cı ildə istifadəyə verilib, amma baca o vaxtdan bir dəfə də təmizlənməyib", - o deyib.

Onun sözlərinə görə, hadisə baş verən vaxt onun həyat yoldaşı işdə olub:

"Həyat yoldaşı Yasamaldakı 286 saylı məktəbdə müəllimə işləyir. Qonşuların dediyinə görə, hadisə baş verən vaxt başçının həyat yoldaşı evdə olmayıb. Rövşən müəllim özü isə hamamda olub və dəm qazından da orada zəhərlənib".

F.Asimqızı onu da deyib ki, R.İbrahimovun Londonda təhsil alan oğlu faciə barədə məlumatlıdır və hazırda Bakıya qayıdır.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, R.İbrahimovun dəm qazından dünyasını dəyişməsi barədə onlarda məlumat yoxdur:

"Rəsmi müraciət olunarsa, fakt araşdırılacaq”, - SN mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gecə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, 1967-ci il təvəllüdlü Rövşən İbrahimov dünyasını dəyişib.Axar


OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...