Şok edən hadisə ..! Əri vəsiyyət etdi deyə 30 ildir ...

Şok edən hadisə ..! Əri vəsiyyət etdi deyə 30 ildir ...

 Halal olsun deyəcəksiniz! 88 yaşındakı Emir Ayşe Gülana, 30 il əvvəl ölən ərinin vəsiyyəti səbəbiylə mağara kimi bir evdə ölümünü gözləyir.Kömək təkliflərini rədd edir. Əri vəsiyyət etdib deyə 30 ildir çıxmır oradan çıxmır. Aydın Qubernatorluğu və yerli rəhbərliklərin daha yaxşı şərtlərdə yaşamasına istiqamətli bütün təkliflərini "Ərim mənə buradan bir yerə getmə, dedi"- deyərək imtina edən yaşlı qadın çətin şərtlər altında həyatına davam edir. 1942-ci ildə Mehmet Gülana ilə evlənən Emir Ayşe Gülana həyat yoldaşı ilə birlikdə yaşadığı bölgəyə köçür.  Təxminən 50 hektar sahəsi olan və orada əncir və zeytun bağı edən cütlük tək otaqlı daş bir evdə 11 uşaq sahibi olurlar.Həm uşaqlarını həm də bağçadakı əncir və zeytun ağaclarını gözü kimi baxıb kürəyində su daşıyaraq böyüdən Emir Ayşe-Mehmet Gülana təxminən 30 il əvvəl bu torpaqların dövlətə aid olduğunu öyrəniblər. Bu hadisədən sonra xəstələnən Mehmet Gülana, 11 uşağının anası həyat yoldaşı Emir Ayşe Gülanaya vəsiyyət edərək "Ölənə qədər buradan çıxma, bizim buradan ancaq ölümüzü çıxar"- deyib.Ərinin vəsiyyətini yerinə gətirən çarəsiz qadın 30 ildir elektriksiz, susuz və mağaranı xatırladan bu evdə həyat döyüşü verir. 


OXŞAR XƏBƏRLƏR