\"Azərbaycanda \"Youtube\" bağlansın!\"

\
"Azərbaycanda "Youtube" sosial şəbəkəsi bloklanmalıdır. Çünki, bəzi xalq düşmənləri xarici ölkələrdə  dövlətimiz əleyhinə çıxışlar edərək "Youtube" vasitəsilə yayırlar. Onlar, təkcə, bununla kifayətlənmirlər. Eyni zamanda, öz çirkin əməlləri ilə Azərbaycan xalqını, dövlətini, millətini sevən azərbaycanlılara qarşı da təhqir dolu vidomateriallar hazırlayıb yayıblar".

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan-Türkiyə Evinin (ATEV) icraçı direktoru, İnterpress.az saytının baş redaktoru Toğrul Allahverdili xarici ölkələrdə dövlətimizə qarşı təhqir dolu videoların "Youtube" sosial şəbəkəsində yayımlanmasına münasibət bildirərkən deyib. 

O, həmin şəxslərin "Youtube" vasitəsilə dövlətimizə qarşı yayınladıqları videoların qarşısının yalnız bu cür alınmasını təklif edib: "Onların bu addımı seçki öncəsi dövlətimizə qarşı təxribatdır. Onlar Azərbaycanda təxribata cəhd edərək ölkədə qarşıdurma yaratmaq istəyirlər. Amma buna baxmayaraq, onlar heç vaxt heç nəyə nail ola bilməyəcəklər. Çünki, onların kim tərəfindən idarə olunmaları göz qabağındadır. Erməni lobbisinin xüsusi sifarişi ilə dövlətçiliyimiz əleyhinə yağdırdıqları təhqir dolu videoları "Youtube" vasitəsilə yayaraq Azərbaycanda qarşıdurmanın yaradılmasına xidmət edirlər".

T.Allaverdili bildirib ki, onların bu təxribatlarının qarşısının alınması üçün müvafiq qurumlar tədbir görməlidir: "Ölkədə seçki öncəsi təxribatların qarşısının alınması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Youtube" sosial şəbəkəsini müvəqqəti olaraq bloklamalı və digər qurumlar da bu işdə yardımçı olmalıdır. Çünki, konstitusiyada da deyildiyi kimi, heç bir kəsə hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaltmağa hüququ yoxdur. Bununla yanaşı, təhqir, şər və böhtan cinayət məsuliyyəti yaradır".

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezident: "Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik"

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlar...

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...