Cəmİyyət

"Azərbaycanda "Youtube" bağlansın!"

"Azərbaycanda "Youtube" sosial şəbəkəsi bloklanmalıdır. Çünki, bəzi xalq düşmənləri xarici ölkələrdə  dövlətimiz əleyhinə çıxışlar edərək "Youtube" vasitəsilə yayırlar. Onlar, təkcə, bununla kifayətlənmirlər. Eyni zamanda, öz çirkin əməlləri ilə Azərbaycan xalqını, dövlətini, millətini sevən azərbaycanlılara qarşı da təhqir dolu vidomateriallar hazırlayıb yayıblar".

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan-Türkiyə Evinin (ATEV) icraçı direktoru, İnterpress.az saytının baş redaktoru Toğrul Allahverdili xarici ölkələrdə dövlətimizə qarşı təhqir dolu videoların "Youtube" sosial şəbəkəsində yayımlanmasına münasibət bildirərkən deyib. 

O, həmin şəxslərin "Youtube" vasitəsilə dövlətimizə qarşı yayınladıqları videoların qarşısının yalnız bu cür alınmasını təklif edib: "Onların bu addımı seçki öncəsi dövlətimizə qarşı təxribatdır. Onlar Azərbaycanda təxribata cəhd edərək ölkədə qarşıdurma yaratmaq istəyirlər. Amma buna baxmayaraq, onlar heç vaxt heç nəyə nail ola bilməyəcəklər. Çünki, onların kim tərəfindən idarə olunmaları göz qabağındadır. Erməni lobbisinin xüsusi sifarişi ilə dövlətçiliyimiz əleyhinə yağdırdıqları təhqir dolu videoları "Youtube" vasitəsilə yayaraq Azərbaycanda qarşıdurmanın yaradılmasına xidmət edirlər".

T.Allaverdili bildirib ki, onların bu təxribatlarının qarşısının alınması üçün müvafiq qurumlar tədbir görməlidir: "Ölkədə seçki öncəsi təxribatların qarşısının alınması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Youtube" sosial şəbəkəsini müvəqqəti olaraq bloklamalı və digər qurumlar da bu işdə yardımçı olmalıdır. Çünki, konstitusiyada da deyildiyi kimi, heç bir kəsə hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaltmağa hüququ yoxdur. Bununla yanaşı, təhqir, şər və böhtan cinayət məsuliyyəti yaradır".

Sfera.az
AdRiver

XƏBƏR LENTİ