Gündəm
Dünya

Soçi görüşü: Putin və Ərdoğan dünyaya mesaj verdilər - YENİLƏNİB

Soçi görüşü: Putin və Ərdoğan dünyaya mesaj verdilər - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriya ilə bağlı görüşü başlayıb.

Sfera.az bildirir ki, görüş zamanı Putin Moskva və Ankara arasındakı münasibətlərin müsbət və dinamik inkişaf etdiyini qeyd edib.

"İqtisadi- ticarət münasibətlərimizə gəldikdə onlar sürətli templərlə artır. Bu təhlükəsizlik, xüsusilə regional və beynəlxalq arenada əməkdaşlığımıza da aiddir” – Putin belə deyib.

Putin Türkiyə prezidenti ilə bir çox məsələni müzakirə etməyin vacibliyini qeyd edib:

"Suallar olduqca çoxdur və çətin suallar var. Mən sizi gördüyümə şadam. Sadəcə fikir mübadiləsi üçün yox, həmçinin həlli olmayan məsələlərdə həll yolu tapmaq üçün”.

Görüş əsnasında jurnalistlərə açıqlama verən Türkiyə prezidenti Ərdoğan bu sözləri deyib:

"Siyasi, hərbi, iqtisadi sahələrdə fikir mübadiləmiz bir-birimizi gücləndirəcək miqyasdadır. Hazırda sadəcə regionun deyil, dünyanın gözü Soçidədir. Soçidən çıxacaq bəyanat inanıram ki, regionda çox fərqli ümid yaradacaq”.

 
 ***
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.

Dövlət başçıları Suriyadakı, xüsusi ilə İdlibdəki vəziyyəti müzakirə edəcəklər.

Görüşdə İdlibdəki müşahidə məntəqələrinin gücləndirilməsi, qanunsuz qruplaşmaların tərk-silah edilmələri və başqa bu kimi məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.

Rəcəb Tayyib Ərdoğan Azərbaycandan ölkəsinə dönərkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib ki, Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi var. 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31