SOCAR xaricdən yüzmilyonları necə qazanacaq?

SOCAR xaricdən yüzmilyonları necə qazanacaq?

Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir və bir neçə il bundan əvvəl götürülən investisiya portfelinin şaxələndirilməsi kursuna əsaslanır.

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev vurğulayıb ki, bu layihələr işə düşdükdən sonra, ölkəyə on milyardlarla sabit gəlir gətirəcək: "Düzgün investisiya strategiyasının nəticəsidir ki, aktivlərimizin dəyəri, şirkətin dövriyyə kapitalı artır. 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək”.

SOCAR prezidentinin bu açıqlamasını "Yeni Müsavat” olaraq, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban şərh edib. Bildirib ki, Dövlət Neft Şirkətinin xaricdəki layihələri əsasən aktivlərin artmasına səbəb olub: "SOCAR mütəmadi olaraq yeni layihələr həyata keçirir. Səhmləri birjada oynanılan bu şirkətlərin aktivləri yüksəlir. Petkimin mənfəəti bu ilin ilk 6 ayında artıb, həm də kapital dəyəri artıb. 2016-cı ildə həm də SOCAR-ın daşıma şirkəti olan "SOCAR-Trailing”-in dövriyyəsi artıb. Bu il neftin qiyməti ucuzlaşsa da, dövriyyədə artım var. Digər tərəfdən, cari ildə SOCAR-ın biznesinin şaxələndirilməsi baş verdi, Maltada "SOCAR-Trailing”-in payçı olduğu elektrik stansiyası istifadəyə verildi. Oraya sıxılmış qazı da "SOCAR-Trailing” gətirir. Bununla da şirkət biznesini genişləndirməyə nail oldu”.

İlham Şaban onu da vurğuladı ki, ötən il SOCAR üçün çox uğurlu oldu: "2016-cı ilin əvvəlində SOCAR Afrikada qaz biznesi və nəqletmə ilə bağlı müqavilələr imzaladı. Bu da onun aktivlərinin artmasına gətirib çıxartdı. Bu mənada SOCAR yerində saymır, inkişaf edir. Digər tərəfdən mütəmadi olaraq öz saytında qeyd edir ki, ən dinamik inkişaf edən onun Rumıniya biznesidir. Bir də Ukraynanın Qərb bölgələrində yanacaqdoldurma seqmentidir. Bu baxımdan biznesi daim inkişaf edir. Təbii ki, nəticədə aktivlərin dəyəri artır”.

Azərbaycanda isə 2018-ci ildə SOCAR-ın aktivləri xeyli artacaq. Çünki bu şirkətin 3 zavodu - iki zavoddan ibarət "SOCAR Polimer” və SOCAR Karbonid” istifadəyə veriləcək. Onlar balansa daxil olan kimi yeni aktivlər və yeni gəlirlər deməkdir. Bu mənada Rövnəq Abdullayevin dediklərində həqiqət var”.

İ.Şaban SOCAR-ın xaricdəki layihələrinin daha uğurlu olduğunu diqqətə çatdırdı: "Ötən ilin dekabrında "SOCAR Methanol” zavodu yaradıldı və bu da SOCAR-ın aktivinə daxil oldu. Bu ilin 8 ayının yekunlarına görə artıq 200 min ton metanol istehsalı baş verib. Bu da onun biznesinin Azərbaycanda şaxələndirilmiş hissəsidir. Bundan başqa, 2018-ci ildə Türkiyədə SOCAR-ın "Star” neft emalı zavodu istifadəyə veriləcək. Bu, hazırda şirkətin ən böyük layihələrindən biridir. 10 il ərzində onun ARDNŞ üçün gətirəcəyi illik mənfəət ilkin hesablamalara görə, 862 milyon dollardır. Bu, yalnız SOCAR-a çatacaq paydır. Növbəti 10 il üçün isə bu, təqribən 650 milyon dollara kimi azalacaq. Çünki zavod artıq köhnələcək, onun modernizasiyasına vəsait qoyulacaq, buna görə də xərclər artacaq, mənfəət azalacaq”.

Ekspertin sözlərinə görə, bütün bunlardan əlavə, "TANAP” və "Petkim” layihələri də SOCAR-a milyonlarla gəlir gətirəcək: "Dövlət Neft Şirkətinin xaricdən əldə etdiyi gəlirlər daha çoxdur. Türkiyədə SOCAR-ın 7 əlavə şirkəti var. "Petkim” istisna olmaqla, bu şirkətlərin hamısı 2018-ci ildən işləməyə başlayacaqlar. ARDNŞ-in bir qeyri-profil şirkəti də işə düşəcək ki, bu TANAP layihəsi boyunca informasiya xidməti göstərəcək optik rabitə şirkətidir.

Digər bir çox layihələr də var ki, onların kapitallaşması, satışının həyata keçirilməsi böyük iş tələb edir. SOCAR-ın xaricdəki layihələri kifayət qədər özünün doğruldan layihələrdir. Bu günə kimi həmin layihələr tikinti mərhələsində olublar və çoxlu pul aparıblar. Ona görə də, Azərbaycan SOCAR-ın gəlirlərini tam şəkildə hiss etməyib. "Petkim” layihəsi üzrə iş gedib, onun səhmləri satılıb, həmin gəlirlər digər layihələrə yatırılıb. "Petkim” limanında 100 faizlik payın 80 faizi satılıb və həmin limanın tikintisində istifadə olunub. Xaricdəki layihələrin həm maliyyələşdirilməsi, həm də onların 2018-ci ildən sonrakı mənfəət əmsalı müsbət qiymətləndirilir. Təkcə, SOCAR-Trailing şirkəti SOCAR-a ildə 300-400 milyon dollar mənfəət gətirir. Bu şirkət 70 nəfərlə başlamışdı, hazırda orada 300 nəfər işləyir. Ayda bu şirkətin 10 milyon dollar xalis mənfəəti var”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Valideynlər "Məktəblinin dostu"ndan tam razıdırlar" - Azər Abizadə

"Aparılan sorğuya görə, valideynlər "Məktəblinin dostu"ndan (MD) tam razıdırlar". Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin...

Rüstəm Ağayev "Məktəblinin dostu” layihəsinin məqsədini AÇIQLADI 

"“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, ...

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!   Xəbər verdiyimiz kimi Kapital Bank digər banklarda kredit öhdə...

"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir - FOTOLAR

Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə elm və t...

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin s...

"Toshiba" 5 min işçini İŞDƏN ÇIXARACAQ

Yaponiyanın elektronika istehsalçısı olan “Toshiba” 5 min işçisini ixtisar edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kyodo agentliyi ...