SOCAR və Türkmənistanın NAPECO şirkəti birgə müəssisə yarada bilər

SOCAR və Türkmənistanın NAPECO şirkəti birgə müəssisə yarada bilər
 

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Ədnan Əhmədzadə Türkmənistanın Milli Neft və Qaz Şirkətinin (NAPECO) baş direktoru Maksat Pirliyev ilə görüş keçirib.

Sfera.az xəbər verir ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Türkmənistanın neft və qazı” beynəlxalq roudşou tədbiri çərçivəsində baş tutub.

Görüşdə SOCAR tərəfindən Türkmənistan neftinin treydinqi ilə bağlı birgə müəssisənin yaradılması təklif olunub, həmçinin neft və neft məhsullarının Azərbaycan ərazisi ilə nəql imkanları müzakirə olunub.

Qeyd edək ki, "NAPECO” QSC 2016-cı il yanvarın 8-də yaradılıb. Onun təsisçiləri Türkmənistanın Karbohidrogen Ehtiyatlarının İstifadəsi və İdarəsi üzrə Dövlət Agentliyi (90%), "Turkmenqaz” (2%), "Turkmenneft” (2%), Türkmənbaşı Neft Emalı Zavodu (5%) olub. (Report)


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...