SOCAR işçisi niyə dünyasını dəyişdi? - Rəsmi

SOCAR işçisi niyə dünyasını dəyişdi? - Rəsmi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin mərhum əməkdaşı Bahar Qasımovanın halı evdə pisləşib. B. Qasımovanın vəzifə dərəcəsinin aşağı salınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə B. Qasımovanın vəzifə dərəcəsinin aşağı salınması, daha sonra onun vəfat etməsi iddialarına SOCAR-dan aydınlıq gətirilərkən qeyd olunub.

Bildirilib ki, Bahar Marif qızı Qasımova "Azneft” İstehsalat Birliyinin "28 May” Neft və Qazçıxarma İdarəsinin İdarəetmə aparatının Kadrlar şöbəsində 13-cü dərəcəli kadrların hazırlığı üzrə mühəndis vəzifəsində çalışıb:

"B. Qasımovanın vəzifə dərəcəsinin aşağı salınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Mərhumun vəzifə dərəcəsinin dəyişməsi ilə bağlı hər hansı qərar verilməyib. Onun halının pisləşməsi iş prosesində yox, evdə baş verib. Həmkarımızın ölümündən sui-istifadə edərək, SOCAR və Azərbaycanın neftçi ailəsinə nifaq salmaq, böhtan atmaq, imicinə xələl gətirmək cəhdlərini yolverilməz təxribat kimi qiymətləndiririk. Əlbəttə, həmkarlarımızın itkisi bizim üçün acıdır. B. Qasımovanın vəfatına üzülən bütün neftçilər adından ona Allahdan rəhmət, əzizlərinə səbr diləyirik”.

B. Qasımovanın hansı şəraitdə vəfat etməsinə gəlincə isə SOCAR-dan bildirilib ki, o, mayın 17-də, iş gününün başlanmasından əvvəl, səhər saat 05:30-da özünü pis hiss edib və Çilov adasında yerləşən 12 saylı Tibbi Sanitar məntəqəsinə müraciət edib: "Vəziyyəti ağır olduğuna görə o, Az.Medikom MMC ”Neft Daşları” tibb sanitar hissəsinin Çilov adası stasionar şöbəsində yerləşdirilib. "28 May” NQÇİ tərəfindən Zabrat Hava Limanından sanitar helekopter çağırılıb, Çilov adasından Zabrat Hava Limanına, oradan da Təcili Tibbi yardım maşını ilə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Mayın 18-də gecə saat 01:30-da B.Qasımova xəstəxanada dünyasını dəyişib”. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...