SOCAR haqda məhkəmə qərarı – ABŞ şirkətinə cərimə ödəyəcək

SOCAR haqda məhkəmə qərarı – ABŞ şirkətinə cərimə ödəyəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təsis etdiyi "SOCAR AQŞ" MMC 94 min 160 dollar cərimələnib. 

Sfera.az "Yeni Sabah”-a istinadla xəbər verir ki, bu barədə ötən həftə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar çıxarıb. Qərara görə, "SOCAR AQŞ" üzərinə düşən öhdəliyi yerinə yetirmir. 

Məhkəmə iddiası Amerikanın "MMS Holdings Group LLC" şirkəti tərəfindən qaldırılıb. AB, çirkəti neft məhsulları və neft avadanlıqlarının satışı, quraşdırılması ilə məşğuldur. Onların arasında 2016-cı ildə bağlanan müqaviləyə görə, "SOCAR AQŞ" qarşı tərəfə göstərdiyi xidmətə görə 37 min 800 dollar bir, 47 min 800 dollar da bir olmaqla, cəmi 85 min 600 dollar pul ödəməli idi. Amma SOCAR bundan imtina edib.

Şirkət iddia edib ki, əgər həmin məbləği gecikdirilən müddətdə banka depozit hesabına qoysaydı, xeyli gəlir əldə edə bilərdi. İddiaçı şirkət 85 min 600 dollara görə illik 5 faizdən hesablamaqla, əlavə 8 min 560 dollar tələb edib. Həmçinin pulun gecikməsi, nəticədə öz öhdəliklərini icra edə bilməməsi səbəbindən işgüzar nüfuzuna zərbə dəydiyini iddia edərək, 50 min dollar da mənəvi ziyana görə kompensasiya tələb edib.

Məhkəmə 50 min dollar mənəvi ziyan istisna olmaqla, qalan hissədə "SOCAR AQŞ" MMC-yə qarşı iddianı təmin edib. 

SOCAR üzərinə qarşı tərəfə 85 min 600 dollar əsas borc, 8 min 560 dollar da dəymiş ziyan olmaqla, cəmi 94 min 160 dollar ödəmək öhdəliyi qoyub.

OXŞAR XƏBƏRLƏR