SOCAR büdcəyə ödənişləri azaldıb
Şirkət Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb.
Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödənilib.
Oxu.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 24 milyon 827 min manat vəsait ödənilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 9,7% azdır.
Bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 816 min manat vəsait köçürüb. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 108,7% çox olub.
2016-cı ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 163 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 940 min manat və ya 102,8% çox olub.