Hadİsə

Sobanı yandırmaq istəyəndə alov aldı - VİDEO

Sobanı yandırmaq istəyəndə alov aldı - VİDEO

Türkiyənin Uşak şəhərində fəhlə iş vaxtı ehtiyatsızlıq səbəbindən yanıq xəsarəti alıb.

Dəmir doğrama sexində işləyən 36 yaşlı Fateh Gündoğan soba partlaması nəticəsində alışaraq yanıb.

Çarəsiz halda sexdən çıxan Fatehin üzərindəki alovu iş yoldaşları söndürüb.

 

Əlləri və bədəninin müəyyən hissələrinin 70 faizi yanan fəhlə xəstəxanaya yerləşdirilib.

Onun həyati təhlükəsi davam edir.

"CNNTürk”ün xəbərinə görə, polislər hadisənin təfərrüatını araşdırır. (oxu.az)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031