“Sizə 7 gün vaxt veririk” - İŞİD-dən Azərbaycan bankına hədə - Yenilənib

“Sizə 7 gün vaxt veririk” -  İŞİD-dən Azərbaycan bankına hədə - Yenilənib

“Amrahbank”ın rəsmi internet saytına hakkerlər tərəfindən hücüm olunub.

Sfera.az “Marja”ya istinadən xəbər verir ki, sayta “İslamic Cyber Army” tərəfindən müdaxilə olunub. Hazırda sayta daxil olduqda hakerlərin yönləndirdiyi səhifə açılır.

Qeyd edək ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Bunu da qeyd edək ki, bu gün 11 Sentyabrdır. Həmin gün Əl-Qaidə teror təşkilatının üzvləri təyyarələri Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpmışdı. Bankın saytına hücum bu günü xatırlatmaq məqsədilə edilib.

***

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, müraciətdə qeyd edilir: “Bu, həqiqi yolu izləyənlərdən bütün dünyada olan xaçpərəstlərə bir mesajdır. Biz geri qayıtdıq. Biz sizə müqəddəs 11 sentyabr tarixini xatırlatmaq istəyirik və bildirmək istəyirik ki, yaxın zamanda yenə belə bir hücum olacaq. Və siz bizim dediklərimizi xatırlayacaqsınız.

Siz heç vaxt unutmayacaqsınız, elə biz də. Biz uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq, biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz, olduğunuz hər yerdə görəcəksiniz.

Sizin saytlarınıza, kredit kartları, kompüter və hətta telefonlarınıza haker hücum edəcəyik. Bu sizin ən qorxulu kabusunuz olacaq, proses artıq başlayıb və heç vaxt bitməyəcək. Bu sadəcə başlanğıcdır. 
Usamə bin Ladeni öldürməyiniz bizim cihadımızın sonu deyil. Biz hamımız Usaməyik və 11 sentyabr hadisələri dəfələrlə təkrarlanacaq.

Usamə bin Laden dediyi kimi: “Allahın izni ilə biz sizin boynunuzu elə sizin torpaqlarda vuracağıq! Ona görə, bunu necə edəcəyimizi gözləyin və siz sonda kimin qalib gəldiyini görəcəksiniz”.

Biz sizin xeyli sayda bank, dövlət və hərbi saytlarınıza haker hücumu edib, ciddi və həssas məlumatları əldə etmişik və onlardan bəzilərini dərc edəcəyik. Əgər siz dayanmasanız, biz daha sonra bütün məlumatları dərc edəcəyik”

Müraciətdə son olaraq xəbərdarlıq edilib: “Biz müharibəni dayandırmağınız üçün 7 gün vaxt veririk. Əgər siz bunu etməsəniz, biz sizin ölkələrinizin təhlükəsizliyini təhdid edən məlumatları paylaşacağıq”.

 ***

"İslamic Kiber Army" öz "Twitter" səhifsində banka məxsus məxfi məlumatları yayıb. 

***

"Amrahbank" rəsmi saytına bu gün edilən haker hücumu ilə əlaqədar açıqlama yayıb. Sfera.az-ın APA-ya istinadən məlumatına görə, Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli bildirib ki, artıq kiberhücumun fəsadları aradan qaldırılıb və bankın rəsmi saytı normal qaydada fəaliyyət göstərir. "Bildiyiniz kimi, bankımızın rəsmi saytına kibehücumlar baş tutub. Öncədən deyim ki, hücumlar bankın əməliyyat fəaliyyətinə heç bir təsir etməyib. Bizim kifayət qədər güclü mütəxəssislərimiz var və onlar dərhal hücumların fəsadlarını aradan qaldırmaqla məşğul oldular. Bunun nəticəsidir ki, saytımız qısa bir müddət ərzində normal fəaliyyətini bərpa etdi", - deyə o bildirib.
N. Cəfərli qeyd edib ki, veb-saytın bankın əməliyyat sistemi ilə bağlılığı yoxdur. Bank rəsmisi əlavə edib ki, bank heç bir ziyan görməyib və müştərilərin bank məlumatları hər bir zaman qorunur. Qeyd edək ki, bu gün bankın saytına “İslamic Cyber Army” tərəfindən kiberhücum olunub. Hücumdan sonra bankın saytına daxil olduqda veb-səhifə hakerlər tərəfindən yaradılan sayta yönəldilir. Hakerlərin yaratdığı saytda yerləşdirilən mətndə qeyd edilir ki, kiberhücum 2001-ci ilin 11 sentyabr günü "Əl-Qaidə" terror təşkilatının üzvləri tərəfindən Nyu-Yorkda törədilən terror aktını xatırlatmaq üçün edilib.


OXŞAR XƏBƏRLƏR